“MercedesBenz” və “Maserati” də avtomobilləri geri çağırdı


Dünya 21 İyn 2018 14:21:00 275 0

“MercedesBenz” və “Maserati” də avtomobilləri geri çağırdı

Almaniyanın "Mercedes-Benz" və İtaliyanın "Maserati" şirkəti Çin bazarından 8 minə yaxın avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Mercedes-Benz" 7800-ə yaxın GLS və S model və 25 AMG GT model avtomobili geri çağırıb.

Buna səbəb kimi, sol qapının qıfılında qeydə alınan qüsurlar, eləcə də təhlükəsizlik kəmərindəki qüsur göstərilir.