"Səndən kişi kimi həzz almıram" sözləri ölümlə bitdi Bakıda


Digərləri 21 İyn 2018 13:41:00 294 0

"Səndən kişi kimi həzz almıram" sözləri ölümlə bitdi  Bakıda

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rasim Çərtikovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az "report"a istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə R.Çərtikov özünü qismən təqsirli bildiyini deyib. O deyib ki, 33 illik həyat yoldaşını qısqanclıq zəminində öldürüb: "Arvadım Arifə öz istəyi ilə dayəlik işinə başladı. İki ay özüm onu işə aparırdım.

Razı deyildim onun çalışmağına. Sonra Arifə gecə növbəsində çalışmaq istədi. Aramızda mübahisə düşdü, küsüb atası evinə getdi. Onun iş yerinə də getdim ki, Arifənin işinə xitam verilsin. Yaxın adamla qaynanamgilə gedib, onu evə gətirdim. Arifə razılaşdıq ki, ancaq gündüz növbəsində işləyəcək.

Əvvəl bu qayda çalışdı, sonra fikrini dəyişdi. Arifə işlə bağlı Türkiyəyə getdi, bunu da məndən gizlətdilər. İçimdə şübhələr oyanırdı. Evi satıb, Rusiyaya getmək barədə ona dedim. Razılşadı ki, ancaq yuxarı mərtəbəni sataq. Evi satandan sonra onu işdən gecə götürdüm. Rusiyaya getmək istəmədiyini bildirdi".