Türkiyə kubokunun qalibi bosniyalı mütəxəsislə anlaşdı


İdman 21 İyn 2018 13:35:00 275 0

Türkiyə kubokunun qalibi bosniyalı mütəxəsislə anlaşdı

Türkiyənin Akhisarspor futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Goal.az xəbər verir ki, bu barədə klubun prezidenti Hüseyn Eryüksel açıqlama verib. O, Safet Susiçlə 1+1 illik müqavilə imzaladıqlarını söyləyib. 63 yaşlı mütəxəssis bu postda Okan Buruku əvəzləyib. 

Akhisarspor başa çatan mövsümdə Türkiyə Kubokunun qalibi olub. Komanda 2018-2019 mövsümündə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.