Bakıda kreditə görə müsadirə olunan avtomobili öz sahibi qaçırdı


Digərləri 21 İyn 2018 13:37:00 230 0

Bakıda kreditə görə müsadirə olunan avtomobili öz sahibi qaçırdı

İmişli sakini kreditə görə müsadirə olunan avtomobilini qaçırıb.

Bakı. İmişli sakini kreditə görə müsadirə olunan avtomobilini qaçırıb. DİN-dən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən banklardan birinin əməkdaşı mayın 21-də İmişli rayon sakini Nizam Abbasova məxsus “Mercedes” markalı avtomobilə görə kreditin ödənilməsində problem olduğu üçün bu nəqliyyat vasitəsinin bankın işçiləri tərəfindən dayanacağa yerləşdirildiyini, mayın 24-də isə həmin avtomaşının oradan qaçırıldığını bildirib.