İdeal qarderobu necə təşkil etməli? (FOTO)


Digərləri 21 İyn 2018 13:22:00 291 0

İdeal qarderobu necə təşkil etməli? (FOTO)

Bu günlərdə “Excelsior Hotel & Spa Baku” otelinin təşkilatçılığı ilə “Baku Fashion Club”un növbəti tədbiri keçirilib.

Bakı. Bu günlərdə “Excelsior Hotel & Spa Baku” otelinin təşkilatçılığı ilə “Baku Fashion Club”un növbəti tədbiri keçirilib. Trend-in məlumatına görə, təşkilatçı Lyubov Quturova Poyraz, koordinator Rinara Şəmsiyeva qonaqları hovuzun kənarında toplayaraq açıq havada moda ilə bağlı müzakirələr aparmaq üçün şərait yaradıblar. Bakının yay axşamında “İdeal qarderob necə təşkil olunmalıdır?” mövzusu klub üzvləri arasında ətraflı müzakirə olunub. “Baku Fashion Club” yarandığı gündən öz ətrafında moda sahəsinin peşəkarlarını, ekspertlərini və həvəskarlarını toplayaraq daim müxtəlif mövzularda müzakirələr aparır. Ənənəvi olaraq canlı yayım tədbirə gələ bilməyənlər üçün uzaq məsafədən çıxış edənlərə qulaq asmaq imkanı verir. Qeyd edək ki, müzakirə olunan mövzu öz aktuallığına görə bütün dövrlər üçün çox mühümdür. Stilist və geyim alışı üzrə məsləhətçi Səbibə Əsəd qeyd edib ki, geyim seçimində ən çətin vəziyyət dolu qarderobun qarşısında dayanaraq uyğun geyimi tapa bilməməkdir. Səbinə Əsəd çıxışında ideal qarderobun necə olması və nədən təşkil edilməsi haqda ətraflı məlumat verib.