İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək


Digərləri 21 İyn 2018 13:12:00 188 0

İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək

İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək.

Bakı. Azərbaycanda İran Mədəniyyət Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018-2021-ci illər üçün Mədəni Mübadilə Proqramı”na əsasən 27 iyun - 1 iyul 2018-ci il tarixində Azərbaycanda İran İslam Respublikasının Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılıb. Tədbir çərçivəsində İran İslam incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin keçirilməsi, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulub. İran Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, incəsənət ustalarının və insanların bir-birini daha yaxından tanımasına, sıx ünsiyyət qurulmasına, İranın mədəni nailiyyətlərinin Azərbaycan sənətsevərlərinə təqdim edilməsinə, təcrübə mübadiləsinin genişlənməsinə xidmət edəcək. Mədəniyyət Günləri çərçivəsində İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılığı altında İranın tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti ölkəmizə səfərə gələcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin