Əli Əhmədov: "Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır"


Digərləri 21 İyn 2018 13:00:00 293 0

Əli Əhmədov: "Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır"

Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır. Bununla yuxarı təhsil pillələrində əlçatanlılığın artırılması mümkün olar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda təhsil iqtisadiyyatın inkişafına, dövlətin iqtisadi gücünün artmasına kömək etməlidir: "Bunlara necə nail olunmalıdır? Təhsil universal sahədir. Təhsil sahəsinin inkişafını yalnız təhsil qurumlarından gözləmək lazım deyil. Cəmiyyətin təhsilə olan münasibəti dəyişməlidir. Dövlətin təhsilə olan diqqət və qayğısının artmasına ehtiyacı var. Dövlətin qarşısına qoyduğu əsas məsələ də təhsilin inkişaf etdirilməsidir".

Ə.Əhmədov bildirib ki, Azərbaycanda orta təhsil əlçatanlılıq baxımından təmin edilib: "Yuxarı təhsil səviyyələrinin də əlçatanlılığının artırılmasına ehtiyac var. Azərbaycan əhalisinin 1,30 faizi tələbədir".