Bank Respublika akkreditiv və zəmanətləri sərfəli şərtlərlə təklif edir


Digərləri 21 İyn 2018 12:55:00 359 0

Bank Respublika akkreditiv və zəmanətləri sərfəli şərtlərlə təklif edir

Mövcud iqtisadi şəraitdə kommersiya risklərinin azaldılması və hesablaşmaların güvənliyi korporativ müştərilər üçün aktual mövzudur.

Şirkətlər tərəfindən bu məhsula göstərilən maraq və bu sahədə aparılan əməliyyatların sabit artan dinamikası müasir hesablaşma formalarına keçid tendensiyasını təsdiqləyir. 

Ötən ilin analoji dövrü ilə müqayisədə 2018-ci ilin 1-ci rübündə "Bank Respublika"nın sənədli əməliyyatlar üzrə portfeli 2 dəfə, əməliyyatların sayı isə 3 dəfə artmışdır.

Bank Respublika öz müştərilərinin xarici iqtisadi müqavilələrinə xidmət göstərmək sahəsində zəngin təcrübəyə malikdir. Azərbaycanın ən sabit banklarından biri kimi Bank Respublika nüfuzlu xarici partnyor-bankları ilə müştərək müştərilərə aşağıdakı sahələr üzrə sənədli əməliyyatlar üzrə əməkdaşlıq təklif edir:

• bank zəmanətlərinin bütün növləri

• sənədli akkreditivlər

• rezerv (stand-by) akkreditivləri

• sənədli inkasso

Beynəlxalq ticarətin Bank Respublikada maliyyələşdirilməsinin üstünlükləri: