Məşhur rəssam ömürlük həbs olundu:


Digərləri 21 İyn 2018 12:57:00 343 0

Məşhur rəssam ömürlük həbs olundu:

2016-cı ilin mayın 31-də ABŞ-ın LOos-Anceles şəhərində məşhur komikslər müəllifi Bleyk Leybelin məhkəməsi başlamışdı. O, qeyri-rəsmi nikahda yaşadığı arvadı Yana Kasyanı qətlə yetirməkdə suçlanırdı.

Son.az ABC-yə istinadən bildirir ki, əslən Ukraynadan olan 30 yaşlı Yananın cəsədini polis Leybelin mənzilində tapmışdı. Prokurorun dediyinə görə, ölümdən əvvəl Yanaya dəhşətli işgəncələr veriblər: "Sanki onun bədənindən bütün qanı sümürmüşdülər".

35 yaşlı Leybel ona qarşı irəli sürülən ittihamları qəbul etmirdi.

B.Leybel "Sindrom" adlı komikslər seriyasının müəllifi idi. Seriyanın buraxılışlarından brində baş qəhrəman gənc qadını amansızlıqla öldürüb. Prokurorun dediyinə görə, Yana Kasyan da eynən həmin komiksdəki "üsul"la qətlə yetirilmişdi.

Yana Kasyanla Leybelin qızları da doğulmuşdu. İdilliyanı (gözəl həyat) 2016-cı ilin mayın 20-dəki həbs pozdu. Leybel təcavüzdə suçlanaraq tutulmuş, sonra 100 min dollar müqabilində pullu zaminə buraxılmışdı. Leybel "Günahsızam" desə də, Yana ona inanmırdı. O, qızını da götürərək Los-Ancelesdə anasının mənzilinə yollanmışdı.


Xəbərə aid fotolar