Əli Əhmədov: Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır


Digərləri 21 İyn 2018 12:51:00 237 0

Əli Əhmədov: Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır

Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır. Məhz bununla yuxarı təhsil pillələrində əlçatanlılığın artırılması mümkün olar. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, Azərbaycanda təhsil iqtisadiyyatın inkişafına, dövlətin iqtisadi gücünün artmasına kömək etməlidir: "Bunlara necə nail olunmalıdır? Təhsil universal sahədir. Təhsil sahəsinin inkişafını yalnız təhsil qurumlarından gözləmək lazım deyil. Cəmiyyətin təhsilə olan münasibəti dəyişməlidir. Dövlətin təhsilə olan diqqət və qayğısının artmasına ehtiyac var. Dövlətin qarşısına qoyduğu əsas məsələ də təhsilin inkişaf etdirilməsidir". Ə.Əhmədov bildirib ki, Azərbaycanda orta təhsil əlçatanlılıq baxımından təmin edilib: "Yuxarı təhsil səviyyələrinin də əlçatanlılığının artırılmasına ehtiyac var. Azərbaycan əhalisinin 1,30 faizi tələbədir".