Baş nazirin müavini: "Universitetlərin sayı artırılmalıdır"


Sosial 21 İyn 2018 12:46:36 269 0

Baş nazirin müavini: "Universitetlərin sayı artırılmalıdır"

"Azərbaycanda universitet səviyyəsində təhsilin əlçatanlığı artırılmalıdır, buna ciddi ehtiyac var"

"Azərbaycanda universitet səviyyəsində təhsilin əlçatanlığı artırılmalıdır, buna ciddi ehtiyac var".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin hesabat tədbirində baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, Azərbaycan əhalisinin 13 faizi tələbələrdir: "Bu göstərici dünya üzrə göstəricidən aşağıdır. Tələbə qəbulu ilə əlaqədar planlaşdırma bir az dəyişsə faydalı ola bilər. Universitetlərin sayı artırılmalıdır, amma bu o demək deyil ki, kəmiyyət artması keyfiyyətə təsir etsin".

Ə.Əhmədovun sözlərinə görə, təhsildə özəlləşdirmə prosesinin artırılması faydalıdır: "Düşünürəm ki, özəlləşmə prosesi artırılmalıdır. Universitetlərə sərbəstliyin verilməsi istiqamətində daha cəsarətli addımlar atılmalıdır".