Cinsi əlaqədə olmaq üçün qonşu qadının qızları ilə birgə yatdığı otağa girdi və...


Digərləri 21 İyn 2018 12:32:00 378 0

Cinsi əlaqədə olmaq üçün qonşu qadının qızları ilə birgə yatdığı otağa girdi və...

Xaçmaz rayonunda qadına evində təcavüz etməkdə təqsirli bilinən 1974-cü il təvəllüdlü İlqar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, İlqar Ağayev 18 iyul 2017-ci il tarixdə, gecə saat 02.30-da sərxoş vəziyyətdə Xaçmaz rayonu, Xudat şəhərində öz qonşuluğunda yaşayan Nuranə Əsədovanın (ad və soyad şərti verilib - red.) evinə gəlib.

Gecə yarısı basqın

İlqar Ağayev Nuranə Əsədovanın evinin qapısının kilidini sındıraraq içəri girib və onun qızları ilə birlikdə yatdığı otağa daxil olub. O, Nuranə yuxuda olan zaman onun sağ ayağından əli ilə tutaraq yuxudan oyadaraq əli ilə sonuncunun ağzını tutub, ona İlqar olduğunu söyləyib.

İlqar Ağayev Nuranənin qışqıracağını görüb, ona qarşı zor tətbiq edib və evdən həyətə çıxıb. Sonra o, bayırda Nuranəyə əl-qol ataraq, oradan gedib.

Daha sonra Nuranə Əsədova evə keçərək qonaq otağında yatan əri Samir Əsədovu, sonra qonşuluqda yaşayan qayınatası Şəmini, qayınanası Samirəyə bu barədə danışıb.

İttiham

İstintaq orqanı tərəfindən müəyyən edilib ki, İlqar Ağayev həmin vaxt Nuranə Əsədova ilə cinsi əlaqədə olmağa gəlib. Bu səbəbdən həbs edilən İlqar Ağayevin barəsində Cinayət Məcəlləsinin 29,149.1-ci (zorlamaya cəhd) və 157.1-ci (mənzil toxunulmazlığını pozma, eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

"Pis niyyətim olmayıb"

Təqsirləndirilən şəxs qismində ifadə verən İlqar Ağayev bildirib ki, zərərçəkmiş Nuranə Əsədovanı və ailəsini uzun müddətdir qonşusu kimi tanıyır, aralarında münasibətlər yaxşı olub, heç bir ədavət və düşmənçiliyi olmayıb: "Həqiqətən də, sərxoş olduğumdan öz yaşadığım ünvanla qonşumuz Samirin yaşadığı evi səhv salaraq, onların evlərinə girmişəm. Həmin evə daxil olmaqda da heç bir pis məqsədim və niyyətim olmayıb".

"Ağzından tutdum ki, qışqırmasın"

İlqar Ağayevin sözlərinə görə, iyulun 17-də toy mərasimində xeyli miqdarda spiritli içki qəbul edib: "Gecə saat 2-də evinə qayıdarkən qonşumuz Nuranənin ailəsi ilə yaşadığı evinin küçə qapısını öz ünvanım bildim və səhvən onların həyətinə keçərək evin giriş qapısını açdım və evə daxil olum. Dəhlizdə olarkən zərər çəkmiş Nuranənin üstümə gəldiyini gördüm, Nuranənin bizdə olduğunu zənn etdim. Həmin vaxt Nuranə üstümə gələrək, yaxamdan tutdu və itələdi. Özümü itirərək Nuranənin qollarından, sonra əli ilə ağzından tutdum ki, qışqırmasın".

"Dəfələrlə üzr istəmişəm"

İlqar Ağayev qeyd edib ki, dərhal Xatirə Heydərovanı arxaya itələyib dəhlizdən çıxaraq qaçıb: "Bu zaman öz evimlə qonşumuzun evini səhv saldığımı başa düşdüm, birbaşa öz evimə gəldim. Baş vermiş hadisə ilə əlaqədar dəfələrlə zərərçəkmiş şəxsdən və ailəsindən üzr istəmişəm. Amma mənim üzrxahlığımı heç kim qəbul etməyib. Məni Nuranənin yaşadığı evə heç kim dəvət etməyib. Nuranə ilə aramızda heç bir yaxın münasibət olmayıb, evin həyətinə daxil olarkən evin küçə qapısı və evin giriş qapısı açıq olub, heç bir qapı kilidli olmayıb".

"Cinsi əlaqədə olmaq niyyətim olmayıb"