Ceyhun Bayramov: "Müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlər davam etdiriləcək"


Digərləri 21 İyn 2018 12:38:00 280 0

Ceyhun Bayramov: "Müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlər davam etdiriləcək"

Son illər ərzində ali təhsil sistemində beynəlxalq səviyyədə akkreditasiya olunan, dünyanın xarici ali təhsil müəssisələri ilə ikili diplom tətbiq edilən birgə proqramların sayı artmaqdadır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin 2017-ci il üzrə hesabat tədbirində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu tipli proqramların dünyanın aparıcı ali təhsil müəssisələrində tətbiq edilməsi azərbaycanlı tələbələrə məhz beynəlxalq səviyyədə akkreditasiya olunmuş proqramlar nəticəsində həmin xarici ali məktəblərə qəbul imkanları verir: "Belə olan təqdirdə, biz azərbaycanlı tələbələrə bu imkanları yaratmadıqda onlar üçün süni maneələr törədirik. Bu nə təhsil sistemimiz, nə də dövlət siyasətimiz baxımından qəbulolunandır. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməlidir".

C.Bayramov qəbul imtahanlarının yeni modelindən danışaraq qeyd edib ki, hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə birlikdə iş aparılır. Nazir gələn ildən tətbiq ediləcək yeni qəbul modelinin üstünlüklərini açıqlayaraq qeyd edib ki, buraxılış imtahanlarının nəticələri ali məktəbə qəbulda nəzərə alınacaq. Məzunlar daha az sayda fəndən imtahan verəcəklər. İmtahan fənlərinin sayı 5-dən 3-ə düşəcək.