Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılışı olub FOTO


Digərləri 21 İyn 2018 12:00:00 919 0

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılışı olub  FOTO

Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Ali Hərbi Məktəbin, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, ictimaiyyətin nümayəndələri, veteranlar, məzunların ailə üzvləri və yaxınları iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müdafiə Nazirliyinin nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov əlamətdar gün münasibətilə müdavimlərə və onların valideynlərinə təbriklərini çatdırıb.

Sonra Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirən məzunlara diplomlar və qiymətli hədiyyələr təqdim olunub.