Azərbaycanda aqrar sığortanın stimullaşdırılması üçün büdcədən 1 mln. manat ayrılıb


İqtisadiyyat 21 İyn 2018 11:57:12 297 0

Azərbaycanda aqrar sığortanın stimullaşdırılması üçün büdcədən 1 mln. manat ayrılıb

Bu barədə Bakıda keçirilən beynəlxalq sığorta konfrasında bildirilib

"Azərbaycanda kənd təsərrüfatınıinkişaf etdirmək, onun qeyri-neft sektorundakı payını artırmaq, aqrar sektorainvestisiyaları cəlb etmək və urbanizasiya səviyyəsini azaltmaq üçünkənd təsərrüfatı sığortası böyük əhəmiyyət kəsb edir".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən beynəlxalq sığorta konfrasının II günündə Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisiFirdovsi Ağaşirinov deyib.

Onun sözlərinə görə, bu sığorta növu ilə bağlı üzrə bir sıra inkişaf etmişölkələrin təcrübəsi öyrənilib: "ABŞ, Türkiyə, İsrail, Kanada və başqa bir sıra ölkələrin sözügedən sahədə təcrübələrini öyrəndik. Türkiyədəki "Tarsim" kənd təsərrüfatı sığortası modelindən yararlanmağı qərara aldıq. Bunun üçünkənd rəsərrüfatı sığortası ilə bağlı xüsusi qanun layihəsi hazırladıq".

O, indiyə qədərkənd təsərrüfatı sığortasının stimullaşdırılması üçün dövlət büdcəsindən1 mln. manat vəsait ayrıldığını da qeyd edib.

Bundan başqa, Palata rəsmisinin sözlərinə görə, ötən il 4 yerli sığorta şirkəti aqrar sahəsnin hesabına 4,3 mln. manat sığorta haqqı toplayıb və bunun96%-ni ödənişyönəldib.

Xatırladaq ki, konfrans işini bu gün yekunlaşdıracaq.