DÇ-2018: İspaniya yığmasının futbolçusu ilə iranlı jurnalist arasında insident baş verib


Digərləri 21 İyn 2018 11:57:44 173 0

DÇ-2018: İspaniya yığmasının futbolçusu ilə iranlı jurnalist arasında insident baş verib

Dieqo Kosta: "Sən hansı oyuna baxmısan?

İspaniya milli komandasının futbolçusu Dieqo Kosta Rusiyada keçirilən dünya çempionatında iranlı jurnalistlə söz savaşına çıxıb.

"Report"un məlumatına görə, insident İran yığması ilə II tur matçından sonra baş verib. Qələbə topunun müəllifinin ona ünvanlanan "Nəyə görə rəqibinizin oyunçularını təxribata çəkirdin?" sualından xoşu gəlməyib. Kostanın cavabı belə olub: "Sən hansı oyuna baxmısan? Bu, birinci hissədə baş verdi. Amma biz rəqibi yox, rəqib bizi təxribata çəkdi. Onlar meydanda uzanıb vaxt keçirdilər. Oyuna diqqətlə bax. Düzünü deyə bilməzsən, çünki bu, sənin ölkənin komandasıdır".

Qeyd edək ki, 1:0 hesabı ilə qalib gələn İspaniya yığması xallarını 4-ə çatdırıb və Portuqaliya ilə birgə B qrupuna başçılıq edir. İran isə 3 xalla 3-cü pillədə qalıb.