Bakıda V və VII siniflərə qəbul üzrə müsabiqənin vaxtı açıqlandı


Digərləri 21 İyn 2018 11:55:00 333 0

Bakıda V və VII siniflərə qəbul üzrə müsabiqənin vaxtı açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqənin vaxtı açıqlanıb.

Son.az xəbər verir ki, İdarədən APA-ya bildirilib ki, lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbul iyunun 22-də müsabiqə yolu ilə aparılacaq. Müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.   Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilib.    Elektron sistem (mektebeqebul.edu.az)  vasitəsilə liseylərin V sinfinə qəbul üçün 1315 sorğu yerləşdirilib. Onlardan 848-i Texniki-Humanitar Liseyə, 111-i 2 nömrəli Texniki-Humanitar Liseyə, 171-i 147 nömrəli Texniki-Humanitar Liseyə, 185-i isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün qeydiyyatdan keçib.   BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII sinfinə (20, 62, 70, 72, 83, 166, 213, 220, 246, 252, 261, 264, 267, 275, 299, 49, MLK, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey, 291 nömrəli Ekologiya Liseyi, Texniki-Humanitar Lisey, 16 nömrəli Texniki-Humanitar Lisey, 287 nömrəli "Zəkalar" Liseyi) sənəd qəbulu prosesi də başa çatıb.   Tədris planına əsasən, lisey və məktəb-liseylərin VII siniflərinə qəbul üzrə müsabiqədə profil sahəsinə uyğun olaraq (humanitar, texniki, təbiət) 2142 şagird iştirak edəcək.