Bakı avtovağzalı ilə bağlı görüləcək işlər açıqlandı FOTO


Digərləri 21 İyn 2018 11:33:00 282 0

Bakı avtovağzalı ilə bağlı görüləcək işlər açıqlandı  FOTO

Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı Beynəlxalq Avtovağzal Kompleksi üçün nəzərdə tutulan və tezliklə əhalinin istifadəsinə veriləcək "Nəqliyyat Qovşağı" layihəsini təqdim edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, layihə şəhərlərarası sərnişindaşımalarda dispetçer mərkəzinin yaradılması, vahid bilet (elektron) satışı sisteminin təkmilləşdirilməsi və digər yerüstü nəqliyyat növləri üzrə bilet satışı sistemləri ilə inteqrasiyası, şəhərlərarası və beynəlxalq sərnişin daşımalarında avtobusların "avtovağzaldan-avtovağzala" prinsipi əsasında hərəkətinin təmin edilməsi nəzərdə tutulur.

Bundan başqa, tələbata uyğun olaraq paytaxtın bəzi yerlərində avtostansiyaların təşkili, nəqliyyat və piyada axınlarının bir-birindən ayrılması, heç bir yerüstü piyada zolağından (zebra) istifadə edilməməsi, avtobusların piyada axını ola biləcək yerlərdə geriyə hərəkətinin ləğv edilməsi, avtonəqliyyat vasitələrinin giriş və çıxış yerlərinin ayrı olması, taksilər, şəxsi minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələrinin əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilməsi planlaşdırılır.


Xəbərə aid fotolar