Bakıda yüksək sürətlə gedən "BMW" zəncirvari yol qəzası törədib - YENİLƏNİB - FOTO - VİDEO


Sosial 21 İyn 2018 11:14:00 339 0

Bakıda yüksək sürətlə gedən "BMW" zəncirvari yol qəzası törədib - YENİLƏNİB - FOTO - VİDEO

Qəza zamanı iki maşın yararsız vəziyyətə düşüb

Bakının Yasamal rayonunda 3 avtomobil toqquşub.

"Report" xəbər verir ki, Şəmsi Bədəlbəyli küçəsində yüksək sürətlə hərəkətdə olan "BMW" markalı avtomobilin sürücü Qış parkının yaxınlığında idarəetməni itirib.

Nəticədə "BMW" yol kənarında dayanan "Niva" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən "Niva" qarşısında olan "Hyundai"yə dəyib. Hadisə zamanı "BMW" və "Niva" yarasız hala düşsə də, xəsarət alan olmayıb.

Yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın baş vermə səbəbini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin edilib. Hər üç maşın cərimə meydançasına aparılıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Foto: Ruslan Məmmədov