Ağcabədi sakini içib sərxoş oldu,


Digərləri 21 İyn 2018 11:19:00 403 0

Ağcabədi sakini içib sərxoş oldu,

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Zeynalov Asəf Adil oğlu yaşadığı evdə spirtli içki qəbul edərək qəsəbədə fəaliyyət göstərən kafenin qarşısına gəlib.

A.Zeynalov orada həmkəndlisi Əliyev Fuad Əsgər oğlu ilə mübahisə edib.