İranlı qadın azarkeşlərə xoş xəbər


İdman 21 İyn 2018 11:16:00 228 0

İranlı qadın azarkeşlərə xoş xəbər

İranda qadınların stadionda kişilərlə birgə futbol matçına baxmasına qoyulan qadağa aradan qaldırılıb.

Goal.az xəbər verir ki, qadınlar 1979-cu ildən sonra ilk dəfə qanuni şəkildə stadionda futbola baxmaq fürsəti əldə ediblər.

Bu hadisə Tehranda, yerli stadionlardan birində DÇ-2018-in İran-İspaniya oyununun (0:1) canlı yayımının təşkili zamanı baş verib. Əvvəlcə onların stadiona girişinə yenə imkan verilməyib. Ancaq qadın azarkeşlərin oturaq aksiya keçirməsindən sonra, tribunalar onların üzünə açılıb.