700 bal toplamış Əsra Bayramova: Seçimim BANM-ın “İnformasiya təhlükəsizliyi mühəndisliyi” ixtisası oldu (FOTO)


Digərləri 21 İyn 2018 11:04:00 244 0

700 bal toplamış Əsra Bayramova: Seçimim BANM-ın “İnformasiya təhlükəsizliyi mühəndisliyi” ixtisası oldu (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) “İnformasiya təhlükəsizliyi mühəndisliyi” ixtisasına qəbul olan, 700 bal toplamış Əsra Bayramova BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) “İnformasiya təhlükəsizliyi mühəndisliyi” ixtisasına qəbul olan, 700 bal toplamış Əsra Bayramova BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibə verib. Trend müsahibəni təqdim edir: - Əsra, özünüz haqda bir az danışın. - Mən 2001-ci ilin avqust ayında, Sumqayıt şəhərində anadan olmuşam və ailənin ilk övladıyam. Təbiət Elmləri Təmayüllü Gimnaziyanı bitirmişəm. Bütün fənlərə eyni dərəcədə maraq göstərmişəm, lakin sonradan dəqiq elmlərə daha çox üstünlük verməyə başladım. Riyaziyyat üzrə keçirilən olimpiadalarda daim iştirak edib müxtəlif nəticələr göstərmişəm. Bundan başqa, Sumqayıtda Bülbül adına 5 saylı Musiqi məktəbində fortepiano üzrə təhsil almışam, eyni zamanda şahmatla məşğul olmuşam. - Qəbul imtahanında göstərdiyin uğura görə kimə təşəkkür edərdin? - Uğurumu valideynlərimə və müəllimlərimə borcluyam. Biliklərə yiyələnməyimdə və formalaşmağımda daim onların dəstəyini hiss etmişəm. - Əsra, ali məktəblər arasında niyə məhz BANM-ı seçdiz? - Texniki elmlərə böyük marağım var. BANM isə bu elmləri ingilis dilində, eyni zamanda dünya standartlarına uyğun tədris edən yeganə ali məktəbdir. Həmçinin burada yalnız bilik səviyyəsi yüksək olan, imtahanlarda yüksək bal toplayan tələbələr cəmlənib. Tələbələr üçün yaradılan şəraitlə də tanış olduqdan sonra seçimimin BANM olduğunu təsdiq etdim. - Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?