FAO fitosanitar yoxlama və diaqnostika xidmətlərinin gücləndirilməsində Azərbaycanı dəstəkləyir


Digərləri 21 İyn 2018 11:08:00 351 0

FAO fitosanitar yoxlama və diaqnostika xidmətlərinin gücləndirilməsində Azərbaycanı dəstəkləyir

Bitki və bitkiçilik materiallarının ilkin təftişi və zərərvericilərin diaqnostikası üzrə üç günlük təlim Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX), Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Gömrük Komitəsinin (DGK) 30 müfəttişini bir araya gətirib.

Bakı. Bitki və bitkiçilik materiallarının ilkin təftişi və zərərvericilərin diaqnostikası üzrə üç günlük təlim Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX), Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Gömrük Komitəsinin (DGK) 30 müfəttişini bir araya gətirib. Trend-in məlumatına görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkil etdiyi təlimin məqsədləri beynəlxalq standartlara cavab verən fitosanitar təftiş prosedurları üzrə milli potensialın gücləndirilməsi, Azərbaycanın karantin altında olan zərərverici siyahısı haqqında geniş məlumatların verilməsi və iştirakçılara spesifik zərərvericiləri və xəstəlikləri təsvir etməkdir.