Növbəti erməni yalanının ifşası Azərbaycanlıların asdığı deyilən ermənini Qriqoryan öldürüb VİDEO


Kriminal 21 İyn 2018 10:56:00 327 0

Növbəti erməni yalanının ifşası  Azərbaycanlıların asdığı deyilən ermənini Qriqoryan öldürüb  VİDEO

Dünən bir çox mətbu orqan erməni saytlarına istinadən guya azərbaycanlıların asdığı erməninin digər ermənilər tərəfindən göz yaşı içində ipdən endirmələri barədə xəbər yaymışdılar.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, əslində bu işin təşkilatçıları elə ermənilərin özü, daha dəqiq desək, hazırda həbs edilən erməni general Manvel Qriqoryan olub. Bu araşdırmanı aparmaqda redaksiyamıza erməni dili mütəxəssisi Telman Qasımov oldu.

Qasımovun ermənidilli saytlarda araşdırması zamanı bu işin məhz Qriqoryan tərəfindən həyata keçirildiyi məlum olub.

Qarabağ müharibəsində əsir götürülən azərbaycanlılardan birini dörd il evində qul kimi saxlayan erməni general, "Yerkrapa" yarımhərbi təşkilatının rəhbəri hazırda Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan  Manvel Qriqoryanın Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində yerləşən iqamətgahında axtarış aparılarkən üzərində "Əsgər payı" yazısı olan çoxlu sayda ət konservi və digər satışı qadağan edilən məhsullar, çoxlu sayda siqaret, əsgər alt paltarları, bintlər, benzin, 7,62 mm və 5,45 mm-lik güllələr və s. ilə yanaşı erməniləri şoka salan arxiv şəkillər də aşkarlanaraq maddi sübut kimi götürülüb.