FİFA Meksika və Serbiyanı cəzalandırdı


İdman 21 İyn 2018 10:52:00 230 0

FİFA Meksika və Serbiyanı cəzalandırdı

FİFA Meksika və Serbiya futbol federasiyalarını hərəyə 10 min İsveçrə frankı (təqribən 10 min dollar) məbləğində cərimələyib.

Goal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna hər iki ölkə yığmasının azarkeşlərinin Rusiyadakı dünya çempionatlarında yolverilməz davranışları səbəb olub. Meksikalı fanatlar Almaniya ilə görüşdə Bundestimin qapıçısı Manuel Noyer topu oyuna daxil etdiyi vaxt homofob xarakterli şüarlar səsləndiriblər. FİFA bunu diskriminasiya və təhqiramiz hərəkət kimi dəyərləndirib.

Serbiyalı tərəfdarlar isə Kosta-Rika ilə qarşılaşmada siyasi və təhqiramiz banner nümayiş etdiriblər.

Sözügedən qarşılaşmlara Meksika və Serbiyanın eyni hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.