Liseylərə qəbul üzrə müsabiqənin vaxtı açıqlanıb


Digərləri 21 İyn 2018 10:52:00 234 0

Liseylərə qəbul üzrə müsabiqənin vaxtı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqənin vaxtı açıqlanıb.

Bakı. İlhamə İsabalayeva - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqənin vaxtı açıqlanıb. İdarədən Trend-ə verilən məlumata görə, lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbul iyunun 22-də müsabiqə yolu ilə aparılacaq. Müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər. Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilib.