Ağcabədi sakini içib sərxoş oldu, iki həmkəndlisini bıçaqladı


Digərləri 21 İyn 2018 10:31:00 268 0

Ağcabədi sakini içib sərxoş oldu, iki həmkəndlisini bıçaqladı

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakı. Samir Əli - Ağcabədi rayonunda bıçaqlanma hadisəsi olub. Trend-in məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Zeynalov Asəf Adil oğlu yaşadığı evdə spirtli içki qəbul edərək qəsəbədə fəaliyyət göstərən kafenin qarşısına gəlib. A.Zeynalov orada həmkəndlisi Əliyev Fuad Əsgər oğlu ilə mübahisə edib.