Pambıqçıların zəhərlənməsi bu məhsulun istehsalına marağı azalda bilər


Digərləri 21 İyn 2018 10:27:48 270 0

Pambıqçıların zəhərlənməsi bu məhsulun istehsalına marağı azalda bilər

Bir sıra rayonlarda pambıq sahələrində zəhərlənmə halları bəzi məqamları daha da aktuallaşdırdı. Əvvəlla, pambıq sahələrində niyə zəhərli gübrələrdən istifadə edilməsinin, həmin dərmanların ölkəyə necə idxal olunmasının və ən əsası, bunu kimlərin etdiyinin araşdırılmasına ehtiyac var. Bu, sadəcə, hüquqi məsələ deyil, belə hallar gələcəkdə ənənəvi aqrar məhsulların istehsalına marağı azalda bilər. Digər tərəfdən, aqrar sektorda intensiv metodlardan istifadə edilməsi vacibdir.

Son.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.