Fədayə Laçından XƏBƏR VAR


Digərləri 21 İyn 2018 10:15:00 259 0

Fədayə Laçından XƏBƏR VAR

Məhbusların xüsusi təyinatlı qatardan qaçmasına görə həbs edilən müğənni Fədayə Laçının cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.

Son.az xəbər verir ki, vəkil Türkel Süleymanlının apa-ya verdiyi məlumata görə, iş üzrə əsas istintaq hərəkətləri yekunlaşıb: "Cinayət işinin materialları iyulun 15-dən sonra ərazi üzrə aidiyyəti məhkəməyə göndəriləcək".

Ötən il oktyabrın 23-də Bakı-Astara -Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.