Şamaxıda kişi arvadını


Digərləri 21 İyn 2018 09:31:00 280 0

Şamaxıda kişi arvadını

Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, Meysəri kəndində 1986-cı il təvəllüdlü yerli sakin Əlqəmayeva Zəhra Güloğlan qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Dörd bıçaq zərbəsi alan qadın yaxınlarının köməkliyi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə, Z.Əlqəmayeva sifətin sağ nahiyəsinin ağız boşluğuna dəlib keçən yaraları, üz, alın və baş nahiyəsindən kəsilmiş-deşilmiş yaralar ilə Cərrahiyyə şöbəsinə daxil olub. Xəstəyə ilkin tibbi yardım göstərilib. Xəstə cərrahi əməliyyatdan sonra palataya yerləşdirilib.