Xəzər dənizi sahilini çirkləndirən şəxs cərimələnib


Digərləri 21 İyn 2018 09:28:24 264 0

Xəzər dənizi sahilini çirkləndirən şəxs cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Şüvəlan qəsəbəsi Xəzər dənizi sahilində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Şüvəlan qəsəbəsi Xəzər dənizi sahilində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı fakt öz təsdiqini tapıb. Tullantıların əraziyə Şüvəlan qəsəbə sakini Yusif Atayev tərəfindən atıldığı məlum olub.