Nazirlik pambıq tarlasında zəhərlənmə ilə bağlı iclas keçirdi - Tapşırıqlar verildi


Digərləri 21 İyn 2018 09:10:00 260 0

Nazirlik pambıq tarlasında zəhərlənmə ilə bağlı iclas keçirdi - Tapşırıqlar verildi

Kənd Təsərrüfatı Nazirliyində İmişlidə pambıq tarlasında baş verən kütləvi zəhərlənmə ilə bağlı iclas keçirilib.

Bakı. Samir Əli - Kənd Təsərrüfatı Nazirliyində İmişlidə pambıq tarlasında baş verən kütləvi zəhərlənmə ilə bağlı iclas keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, kənd təsərrüfatı naziri İnam Kərimovun da iştirak etdiyi iclasda bölgələrin kənd təsərrüfatı idarəsinin rəhbərlərinə tapşırıqlar verilib. Qurumdan bildirilib ki, pambıq sahələrində təhlükəsizlik tədbirləri gücləndirilməli, yerlərdə sahibkarlarla görüşlər keçirilməlidir: "Yerlərə tapşırıqlar verildi ki, marifləndirmə tədbirləri gücləndirilsin. Əvvəllər də bu cür marifləndirmə işləri aparılmışdı, mütəmadi məlumatlar verilmişdi, təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı təlimatlar təqdim olunmuşdu. Amma indi kənd təsərrüfatı idarələrinin cəlb olunması ilə daha gücləndirilmiş tədbirlər həyata keçirilməsi barədə tapşırıqlar verildi. Kənd təsərrüfatı idarələrinin rəisləri fermer və sahibkarlarla görüşlər keçirməli, onları bu barədə marifləndirməlidirlər".