ABŞ və Yaponiya qarşılıqlı fəaliyyəti müzakirə ediblər


Dünya 21 İyn 2018 08:53:00 243 0

ABŞ və Yaponiya qarşılıqlı fəaliyyəti müzakirə ediblər

ABŞ qərargah rəisləri komitəsinin sədri Cozef Danford və Yaponiyanın müdafiə qərargahının rəisi Katsutosi Kavano arasında telefon danışığı olub.

Son.az Trend-ə istinadən bildirir ki, tərəflər telefon danışığı zamanı Sinqapur sammitindən sonra Sakit okean regionunda təhlükəsizlik sahəsində cari vəziyyəti və iki müttəfiq arasında davam edən sıx qarşılıqlı fəaliyəti müzakirə ediblər.