Türkiyə İraqın şimalında iki rayona zərbələr endirib


Dünya 21 İyn 2018 08:43:00 274 0

Türkiyə İraqın şimalında iki rayona zərbələr endirib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Avaşin-Basyan və Sinat Haftanin rayonlarına hava zərbələri endiriblər.

Son.az Trend-ə istinadən bildirir ki, endirilən hava zərbələri nəticəsində 10 PKK terrorçusu zərərsizləşdirilib.

Bundan əlavə, terrorçuların atəş mövqelərini, silah anbarları və sığınacaqları da məhv edilib.