Kriptovalyuta birjasına kiberhücum


Digərləri 21 İyn 2018 08:31:00 370 0

Kriptovalyuta birjasına kiberhücum

Cənubi Koreyanın kriptovalyuta birjası "Bithumb" haker hücumuna məruz qalıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, nəticədə 30 milyon dollardan çox dəyəri olan kriptovalyutalar oğurlanıb.

"Bithumb"ın internet saytında bildirilib ki, iyunun 19-da və 20-nə keçən gecə 35 milyard von (31 milyon dollar) dəyərində kritpvalyuta oğurlanıb. Bunların hansı kriptovalyuta növü olduğu açıqlanmayıb.