“Xiaomi” yeni velosiped icad etdi


Digərləri 21 İyn 2018 08:15:00 507 0

“Xiaomi” yeni velosiped icad etdi

Çinin "Xiaomi" şirkəti yeni elektrik velosiped yaradıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, o, alüminium ramaya və olduqca aşağı çəkiyə - 16,7 kiloqrama malikdir.

"Xiaomi Himo" ölçülərinə görə olduqca yığcamdır və az yer tutur. Bu velosiped bir qədər də ucuz qiymətədir. Onun bir neçə fəaliyyət rejimi mövcuddur. "Xiaomi Himo"nin qiyməti 300 dollar civarında olacaq.