Bakıda piyadanı vuran sürücü sərnişinlə birgə onu döyüb


Sosial 21 İyn 2018 08:02:24 300 0

Bakıda piyadanı vuran sürücü sərnişinlə birgə onu döyüb

Buna piyadanın keçiddən istifadə etməməsi səbəb olub

Paytaxtın Nərimanov rayonunda dava ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1989-cu il təvəllüdlü Quliyev Nemət Məhəmmədəli oğlu gecə saatlarında Ağa Nemətullah küçəsində piyadalar üçün müəyyən edilməmiş yerdən yolu keçərkən onu "Mercedes" markalı avtomobil vurub.

Piyada xəsarət alıb. Sürücü və sərnişin maşından düşərək zərərçəkmişə köməklik göstərmək əvəzinə, onu piyada keçidindən istifadə etmədiyinə görə döyüblər.

Daha sonra sürücü hadisə yerini tərk edib. Şahidlərin köməkliyi ilə yaralı xəstəxanya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.