Bu şəbəkə insanın ölüm vaxtını hesablayır


Digərləri 21 İyn 2018 08:01:00 322 0

Bu şəbəkə insanın ölüm vaxtını hesablayır

"Google" şirkəti tərəfindən dərin təlim alqoritmləri əsasında hazırlanmış yeni neyron şəbəkəsi pasiyentin tibbi göstəricilərinə əsaslanaraq ölüm vaxtını proqnozlaşdırmaq qabiliyyətinə malikdir. Bu haqda "Bloomberg" nəşri məlumat verib.

Son.az ICTnews-a istinadən bildirir ki, alqoritm, süd vəzi xərçəngindən əziyyət çəkən qadın daxil olmaqla, bir neçə yüz min xəstə üzərində sınaqdan keçirilib. Kompüterlər rentgenoloji müayinənin məlumatlarını təhlil edərək xəstənin ölüm ehtimalını 9,3% qiymətləndiriblər. Ancaq 175639 parametri təhlil edən neyron şəbəkəsi bu göstəricini 19,9 faizədək yüksəldib. Həmin qadın 10 gün sonra dünyasını dəyişib.