Futbol fanatları hansı smartfondan istifadə edir?


Digərləri 21 İyn 2018 08:05:00 380 0

Futbol fanatları hansı smartfondan istifadə edir?

Rusiyada keçirilən Dünya Kubokunu izləyən futbolsevərlərin hansı smartfondan daha çox istifadə etdikləri açıqlanıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, "oneFactor" şirkətinin analitikləri süni zəka bazasında olan "SmartIndex" platformasından istifadə edərək azarkeşlər arasında ən populyar smartfonu müəyyən ediblər.   Məlum olub ki, ən populyar smartfonlar "iPhone X", "iPhone 7" və "iPhone 6"dır. Araşdırmanın əhatə etdiyi 180 min nəfər arasında "iPhone X" smartfonundan 10 min nəfərin istifadə etdiyi müəyyənləşib. "iPhone 7" və "iPhone 6" smartfonlarının hər birindən isə 7 min nəfər istifadə edir.   Ən zəngin azarkeşlər Səudiyyə Ərəbistanından olanlardır. Bu ölkədən Rusiyaya gəlmiş hər beşinci şəxsin "iPhone X" smartfonu var. Ən yoxsul azarkeşlər isə seneqallılardır. Onların arasında daha çox populyar olan smartfon "Samsung Galaxy J2"dir.