Kibercasusluq üçün istifadə edilən virus aşkarlanıb


Digərləri 21 İyn 2018 07:51:00 262 0

Kibercasusluq üçün istifadə edilən virus aşkarlanıb

"ESET" antivirus şirkəti kibercasusluq üçün istifadə edilən "InvisiMole" adlı zərərli proqram aşkarlayıb. Zərərli proqram antivirus proqramlarından 2013-cü ildən uğurla yayınıb.

Son.az ICTnews-a istinadən bildirir ki, şirkətin məlumatına görə, "InvisiMole" hücum edənlər üçün yoluxdurulmuş qurğuya məsafədən çıxış açır, qurbanın hərəkətlərini izləməyə və məxfi məlumatları ələ keçirməyə imkan verir. "ESET" telemetriyasının məlumatına görə, "InvisiMole" virusundan istifadə edən kiberqrup 2013-cü ildən fəaliyyət göstərir. Buna baxmayaraq zərərli proqram öyrənilməyib və Rusiya və Ukraynada yoluxdurulmuş kompüterlərdə "ESET" məhsulları tərəfindən aşkarlananadək müəyyənləşdirilməyib.  

Analitiklərin fikrincə, "InvisiMole" virusu hakerlər tərəfindən yalnız yüksəksəviyyəli obyektlərə (onlarla qurğuya) qarşı məqsədli hücumlar üçün tətbiq edilib ki, bu da ona 5 il ərzində aşkarlanmaqdan yayınmağa imkan verib.