Maştağada bankomatdan pul çıxardan gənclər bıçaqlanıb,


Digərləri 21 İyn 2018 07:32:00 391 0

Maştağada bankomatdan pul çıxardan gənclər bıçaqlanıb,

Naməlum şəxslər pulu götürərək qaçıblar

07:32

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə 1996-cı il təvəllüdlü Vüqar adlı şəxs "Araz" marketin qarşısındakı bankomatdan pul çıxardan zaman baş verib.

Vüqarın anasının sözlərinə görə, oğlu, 1997-ci il təvəllüdlü dostu Səlimov Kənan Nəsimi oğlu ilə birgə bankomatdan pul çıxardıb evə getmək istəyən zaman, onları naməlum şəxslər arxadan bıçaqlayıblar. Pul Vüqarda olduğundan ona daha çox bıçaq zərbəsi vurulub və o, yerindəcə keçinib.

Hadisəni törədən şəxslər pulu götürərək qaçıblar. Əraziyə Sabunçu Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

02:06

Bakının Sabunçu rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava baş verib.

Son.az "Report"a istinadən bildirir ki, Maştağa qəsəbəsində dava edənləri ayıran zaman 1997-ci il təvəllüdlü Səlimov Kənan Nəsimi oğlu bıçaq xəsarəti alıb, daha bir nəfər iisə ölüb.

Əlavə məlumat veriləcək...


Xəbərə aid fotolar