Gələn il televiziya məğlub olacaq


Digərləri 21 İyn 2018 07:11:00 320 0

Gələn il televiziya məğlub olacaq

Onilliklər boyunca əsas məlumat daşıyıcısı olan televiziya tezliklə liderliyini tamamilə itirəcək. Statistikaya görə, internet artıq gələn ildən qlobal miqyasda əsas media olacaq.

Son.az ICTnews-a istinadən bildirir ki, "Zenith" media agentliyi tərəfindən dərc edilmiş araşdırmada belə proqnoz verilib. Analitiklərin qiymətləndirməsinə görə, 2019-cu ildə planetin hər bir sakini internetdə orta hesabla 170,6 dəqiqə, televizor qarşısında isə yalnız 170,3 dəqiqə vaxt keçirəcək.