"Air India"nın göyərtəsində 176 sərnişin olan təyyarəsi təcili eniş edib


Dünya 21 İyn 2018 03:42:00 360 0

"Air India"nın göyərtəsində 176 sərnişin olan təyyarəsi təcili eniş edib

Təyyarənin hidravlik sistemlərində problem yaranıb

"Air India" aviaşirkətinin göyərtəsində 176 sərnişini olan təyyarəsi hidravlik sistemlərinin işində yaranmış problem səbəbindən Mumbai şəhərinə təcili eniş edib.

"Report" "Financial Express" qəzetinə istinadən xəbər verir ki, "Airbus A3212" təyyarəsi Mumbaidən keçməklə Əhmədabaddan Masqad şəhərinə uçurmuş.

"Fövqəladə vəziyyət 20:15-də (Bakı vaxtı ilə 23.45-də) Əhmədabaddan uçan "AI 985" reysinin göyərtəsində hidravlik sistemlərin imtina etməsi səbəbindən yaranıb", — deyə təyyarəni qəbul edən hava limanının nümayəndələri bildirib.

Aviaşirkət nümayəndələrinin sözlərinə görə, sərnişinlər uçuşlarını başqa təyyarə ilə davam etdirəcəklər.