Ronaldu İspaniya ilə oyunda 38,6 km/saat sürət yığaraq rekord vurub - VİDEO
Digərləri 21 İyn 2018 01:08:47 176 0
Onun bu sürəti əks hücum zamanı yığdığı iddia olunur
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu DÇ-2018-in qrup mərhələsinin birinci turunda İspaniya ilə keçirilən oyunda saatda 38,6 km sürət yığıb.
“Report” xəbər verir ki, bu barədə Almaniyanın "One" kanalı məlumat versə də, bu, rəsmi olaraq öz təsdiqini tapmayıb.
Futbolçu iyunun 15-də keçirilən matçda əks hücum zamanı bu sürəti yığıb, lakin hücum qol ilə nəticələnməyib.
Hazırda yeni rekordun təsdiqlənməsi gözlənilir. Hələ ki, FİFA-nın rəsmi statistikasına əsasən, portuqaliyalı futbolçunun bu oyunda maksimum sürəti 34 km/saat təşkil edib.
Portuqaliya-İspaniya matçı 3:3 hesablı heç-heçə ilə başa çatıb. Ronaldu oyunda karyerasında DÇ çərçivəsində ilk het-trikini rəsmiləşdirib.
Mənbə: report.az