Bitkoin ucuzlaşmaqda davam edir


Digərləri 21 İyn 2018 00:00:00 241 0

Bitkoin ucuzlaşmaqda davam edir

Bitkoin Cənubi Koreyada kriptovalyuta birjasının haker hücumuna məruz qalması xəbəri fonunda ucuzlaşmaqda davam edir

Bakı. Bitkoin Cənubi Koreyada kriptovalyuta birjasının haker hücumuna məruz qalması xəbəri fonunda ucuzlaşmaqda davam edir. Trend-in məlumatına görə, gecə saatlarında "Bithumb" birjasına hücum nəticəsində 30 milyon dollara yaxın məbləğ oğurlanıb. "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,12% ucuzlaşaraq 6 653 dollar təşkil edib.