Yaponlar yenə diqqət mərkəzində Matç bitdikdən sonra azarkeşlər...


Digərləri 20 İyn 2018 23:51:00 415 0

Yaponlar yenə diqqət mərkəzində  Matç bitdikdən sonra azarkeşlər...

Rusiyada davam edən 21-ci Dünya Çempionatında yaponiyalı azarkeşlər özünəməxsus davranışları ilə yadda qalıb.

Son.az xəbər verir ki, Yaponiyanın Kolumbiyanı 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra qalib komandanın azarkeşləri qalibiyyəti qeyd etmək əvəzinə çirklənmiş tribunaları təmizləyib.

Onların bu hərəkəti ətrafdakı insanlarda böyük marağa səbəb olub. Yaponiya isə Kolumbiyanı məğlub etməklə, tarixində ilk dəfə Cənubi Amerika ölkəsinə qarşı qalibiyyət əldə edib.