Dünya şöhrətli müğənni ucuz malların satıldığı mağazada VİDEO


Digərləri 20 İyn 2018 23:57:00 328 0

Dünya şöhrətli müğənni ucuz malların satıldığı mağazada  VİDEO

Dünyanın ən varlı İngilis müğənnisi Adele ucuz malların satıldığı mağazada görüntülənib.

Son.az xəbər verir ki, ulduz alış-veriş edərkən paparatsilər tərəfindən lentə alınıb. Mağazanın alt qatında özü üçün paltar alan Adele, daha sonra üst mərtəbəyə çıxaraq uşaq qatından da alış-veriş edib. Məşhuru mağazada görənlər təəccüblərini gizlətməyib.

Xatırladaq ki, dünya ulduzunun çıxdığı son dünya turunda biletləri təxminən 140,000 funt-sterlinq dəyərində satılıb. (publika.az)