Bu yolda keçid olmadığı üçün piyadaların həyatı təhlükə altındadır VİDEO


Digərləri 20 İyn 2018 22:04:00 322 0

Bu yolda keçid olmadığı üçün piyadaların həyatı təhlükə altındadır  VİDEO

Bakının daha bir yolunda keçid problemi hələ də qalmaqdadır.

Son.az bildirir ki, söhbət Heydər Əliyev prospektinin Bağırov körpüsü ilə stadiona qədər olan məsafəsindən gedir. Hər gün bu yoldan yüzlərlə piyada keçsə də, ərazidə nə yerüstü, nə də yeraltı piyada keçidi var.

Odur ki, Heydər Əliyev prospektində Bağırov körpüsünün yaxınlığında yolu keçmək istəyən piyadalar hər gün həyatlarını təhlükəyə atmağa məcbur olurlar.

Sözügedən ərazidə hərəkət zolaqlarının sayı çox olduğundan yolu keçmək istəyənlərin işi daha da çətinləşir.

Piyadalar deyir ki, yolun bu hissəsində qəzaların çox olması artıq adi hala çevrilib. Sonuncu dəfə bir neçə gün əvvəl iki uşaq anası olan Lalə İmaməliyevanı bu yolda avtomobil vuraraq öldürüb. Hadisə şahidlərinin dediyinə görə, avtomobilin sürəti yüksək olduğundan, piyada bir neçə metr hündürlüyə qalxaraq yerə düşüb və aldığı xəsarətlərdən yerindəcə keçinib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildiriblər ki, mövcud problem barəsində məlumatları var. Pospektin həmin hissəsində piyada keçidinin layihəsi də hazırdır. Dövlət büdcəsindən vəsait ayrıldıqdan sonra işlərin icrasına başlanılacaq. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin: