Lənkəran sakini dəmir parçası ilə döyülüb


Sosial 20 İyn 2018 21:50:37 274 0

Lənkəran sakini dəmir parçası ilə döyülüb

Hadisə biçin yerində ot bağlaması üstündə düşüb

Lənkəran rayonunun Liman şəhərində döyülmə hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, Nəriman Nərimanov küçəsi, 72 ünvanında yaşayan Xalid Həsənov adlı yerli sakin biçin yerində ot bağlaması üstündə iki həmyerlisi ilə mübahisə edib.

Mübahisə sonradan davaya çevrilib və X.Həsənov həmyerliləri tərəfindən dəmir parçası ilə döyülüb. Dava zamanı ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Faktla bağlı araşdırma aparılır.