Bakıda ətir alveri ilə məşğul olan şəxslər arasında bıçaqlanma VİDEO


Kriminal 20 İyn 2018 21:40:00 298 0

Bakıda ətir alveri ilə məşğul olan şəxslər arasında bıçaqlanma  VİDEO

Bakıda ətir alveri ilə məşğul olan şəxslər arasında başlayan dava bıçaqlanma ilə sona çatıb.

Son.az bildirir ki, ağır cinayət Bakıda, Nərimanov rayonu ərazsində baş verib. Həmin dava anı ərazidəki təhlükəsizlik kameralarına da düşüb.

Kadrlardan aydın olur ki, 4 nəfər olan şəxslərdən ikisi mübahisə edir. Digər iki nəfər isə onları sakitləşdirmək istəyir.

Məlumata görə, dava edən şəxslər həmin ərazidə ətir biznesi ilə məşğul olan şəxslərdir. Onların mübahisəsi qiymətin baha olması üstündə yaranıb. Daha sonra mübahisə əlbəyaxa davaya keçib. Dava edən şəxslərdən biri qaçaraq maşınında bıçağı götürüb və qarşısına çıxan şəxsə xəsarət yetirib.

Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, dava plastik ətriyyat qabları istehsal edən sexin qarşısında baş verib. Dava edənləri sakitləşdirmək istəyən İran vətənaşına bıçaq xəsarəti yetirilib. Hazırda iranlını bıçaqlayan şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.